DTX-nın müharibədən sonra azad olunmuş ərazilərdə hansı əməliyyatları keçirdiyi məlum olub

DTX-nın müharibədən sonra azad olunmuş ərazilərdə hansı əməliyyatları keçirdiyi məlum olub
# 05 noyabr 2022 07:45 (UTC +04:00)

Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri təxribatlar törətməyə cəhd edib.

APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sədri Əli Nağıyev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

O bildirib ki, bunların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin uğurlu antiterror əməliyyatlar keçirib:

“Həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR