Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib - VİDEO
  • Clock-gray 09:39
  • calendar-gray 06 Oktyabr 2019

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.

Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date