Əlaqələndirmə Qərargahı: Azərbaycan minatəmizləmədə böyük irəliləyişlər əldə edib

Sultan Hacıyev

© APA | Sultan Hacıyev

# 07 fevral 2023 14:59 (UTC +04:00)

“Bu gün imzalanan layihə birmənalı olaraq Azərbaycan Respublikasının minatəmizləmə prosesində beynəlxalq dəstək aldığını göstərir”.

APA xəbər verir ki, bunu İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib.

Onun sözlərinə görə, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin aparıcı agentliklərindən biri olan BMT-nin İnkişaf Proqramı tərəfindən icra ediləcək: “Təbii ki, bu layihədə də Azərbaycan həmişəki kimi öz imkanlarına arxalanır. Azərbaycan ümumi bərpa və yenidənqurma proseslərində və onların tərkib hissəsi olan minatəmizləmədə böyük irəliləyişlər əldə edib. Əldə edilmiş nəticələr göz qabağındadır. Azərbaycan rəhbərliyi davamlı olaraq beynəlxalq əməkdaşlığın vacib olduğunu vurğulayaraq, beynəlxalq tərəfdaşlarımızı bu əməkdaşlığı davam etdirməyə inandıraraq ölkəmizin bu ağır yükünü asanlaşdırmaqdadır. Ümid edirik ki, bu əməkdaşlıq səmərəli şəkildə davam edəcək və uzun həsrətdən sonra insanlarımız öz torpağına tam təhlükəsiz şəkildə qayıdacaqlar”.

Zümrüd Paşkin

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR