Əlaqələndirmə Qərargahı: Minatəmizləmə əməliyyatları beynəlxalq qaydalara uyğun aparılır

Əlaqələndirmə Qərargahı: Minatəmizləmə əməliyyatları beynəlxalq qaydalara uyğun aparılır
# 28 fevral 2023 14:54 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurma proseslərinin mütəşəkkil əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün xüsusi Əlaqələndirmə Qərargahı yaradılıb.

APA-nın Ağdama ezam olunan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib.

O bildirib ki, həmin qərargah 2020-ci ilin axırından mütəmadi olaraq mütəmadi fəaliyyət göstərir: “Qərargahın nəzdində fəaliyyət göstərən 10 işçi qrupu böyük əhəmiyyət kəsb edən işlərin, müxtəlif proseslərin əlaqələndirilməsi keyfiyyətin və sürətin bir araya gətirilməsini təmin edir. Bu proseslərin həyata keçirilməsinin əsas şərti minatəmizləmədir. Bu həm yenidənqurma işlərini yerinə yetirərək bu ərazilərə sakinlərin tam köçünü təhlükəsiz şəkildə təmin etməkdir. Bu qrupa müxtəlif qurumların nümayəndələri daxildir".

Sultan Hacıyev qeyd edib ki, minatəmizləmə əməliyyatı beynəlxalq qaydalara tam uyğun formada, ən son və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR