Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb

 Ermənilər sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb
# 18 iyul 2019 11:40 (UTC +04:00)

Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yember­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı DSX-nın Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

DSX-nın rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR