Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - FOTO - VİDEO

Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib - FOTO  - VİDEO
# 04 oktyabr 2022 11:23 (UTC +04:00)

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR