Erməni silahlıları Laçın istiqamətində Azərbaycan Ordusunun bölmələrini atəşə tutub, əsgərimiz şəhid olub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 03 avqust 2022 11:40 (UTC +04:00)

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

MN-in məlumatında qeyd olunub ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR