MN: Erməni silahlıları Ordumuzun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub

MN: Erməni silahlıları Ordumuzun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub
# 30 noyabr 2022 17:04 (UTC +04:00)

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

"Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - MN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR