Erməni silahlılarının Xocalı və Ağdamda kəşfiyyat uçuşu aparan kvadrokopteri ələ keçirilib - VİDEO

Erməni silahlılarının Xocalı və Ağdamda kəşfiyyat uçuşu aparan kvadrokopteri ələ keçirilib - VİDEO
# 26 noyabr 2022 12:49 (UTC +04:00)

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib", - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR