Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib - FOTO - VİDEO

Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib - FOTO  - VİDEO
# 28 sentyabr 2022 15:12 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR