Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb - FOTO - VİDEO

Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb - FOTO  - VİDEO
# 23 sentyabr 2022 11:43 (UTC +04:00)

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.
Xəbərə görə, Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR