Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 08 yanvar 2022 16:19 (UTC +04:00)

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR