Ermənistan MN: Suren Papikyan və Zakir Həsənov arasında operativ təmaslar dayanıb

Suren Papikyan, Zakir Həsənov

© APA | Suren Papikyan, Zakir Həsənov

# 05 avqust 2022 14:27 (UTC +04:00)

Hazırda Ermənistan müdafiə naziri Suren Papikyan və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında operativ təmas mövcud deyil.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sözçüsü Aram Torosyan bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır iki ölkənin müdafiə nazirləri arasında operativ təmaslar yoxdur.

MN rəsmisi əlavə şərh verməyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən ilin noyabrında Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə barədə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR