Ermənistan ordusu Kəlbəcəri iriçaplı silahlardan atəşə tutub - VİDEO

Ermənistan ordusu Kəlbəcəri iriçaplı silahlardan atəşə tutub - VİDEO
# 01 may 2022 09:46 (UTC +04:00)

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR