Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 11 yanvar 2022 16:25 (UTC +04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin (MN) məlumatında bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR