Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olub
# 13 sentyabr 2022 01:07 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd olunub ki, nəticədə şəxsi heyət arasında itkilər var, həmçinin hərbi infrastruktura ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR