Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib - FOTO

Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib

© APA | Fransa Azərbaycana 130 ədəd minaaxtaran detektor hədiyyə edib

# 03 avqust 2022 14:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında 3 avqust 2022-ci il tarixində Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.

Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Məlumata görə, Agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

Baş tutan təqdimat tədbirində ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər.

Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR