Gürcüstan MN Müdafiə Qüvvələri komandanının Azərbaycana səfəri ilə bağlı məlumat yayıb

Gürcüstan MN Müdafiə Qüvvələri komandanının Azərbaycana səfəri ilə bağlı məlumat yayıb
# 21 fevral 2023 15:29 (UTC +04:00)

Gürcüstan MN Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili Azərbaycanın Müdafiə Naziri general-polkovnik Zakir Həsənovla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin (MN) səfərin yekunlarına dair yaydığı məlumatında bildirilib.

Qeyd olunub ki, Zakir Həsənov Giorgi Matiaşviliyə Azərbaycana səfərinə görə təşəkkür edib və iki qonşu ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin olduğunu vurğulayıb.

“Diqqət regionda təhlükəsizlik mühitinin və bölgənin dinc və sabit inkişafının vacibliyinə yönəldilib”, - məlumatda bildirilib.

Əlavə olunub ki, Giorgi Matiaşvili Azərbaycanın Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə keçirdiyi ikitərəfli görüşdə müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq əlaqələri müzakirə ediblər. Söhbət zamanı beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR