Hərbi maşın qəzaya uğrayıb, iki hərbçi xəsarət alıb - RƏSMİ - YENİLƏNİB

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 05 yanvar 2022 20:18 (UTC +04:00)

Bu gün saat 17.40-da Müdafiə Nazirliyinin hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb.

Bildirilib ki, hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur.

***

20:08

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil aşıb. Qəza zamanı 1986-cı il təvəllüdlü C.Abdullayev və 1992-ci il təvəllüdlü S.Həsənzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR