Hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
# 19 iyul 2019 14:19 (UTC +04:00)

Azərbaycan Hərbi Prokurorluğunun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarımilində xidməti fəaliyyətlərində fərqlənmiş 30 əməkdaş həvəsləndirilib, 12 əməkdaş müxtəlif medallarla təltif olunub.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri pozuntulara görə hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR