Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir

Hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilir
# 05 iyun 2023 19:48 (UTC +04:00)

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış film nümayiş etdirilib.

Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR