Hərbi vəzifəlilər şərti düşmənin kəşfiyyat-diversiya qruplarını zərərsizləşdirib - FOTO

Hərbi vəzifəlilər şərti düşmənin kəşfiyyat-diversiya qruplarını zərərsizləşdirib - FOTO
# 16 iyul 2022 11:41 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR