Hulusi Akar azərbaycanlı qazilərlə görüşüb

Hulusi Akar azərbaycanlı qazilərlə görüşüb
# 10 yanvar 2023 20:24 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar nazirlikdə azərbaycanlı qaziləri qəbul edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir qazilərlə görüşündə bildirib ki, Azərbaycan Ordusu böyük uğurla “Tək Vətən” hərəkatını həyata keçirib. Hulusi Akar diqqətə çatdırıb ki, Türkiyə buna görə sevinclidir. O şəhidlərin, qazilərin fədakarlığının nəsillər boyu xatırlanacağını, tarixdə əhəmiyyətli yer alacağını vurğulayıb.

Hulusi Akar Türkiyə və Azərbaycanın kədərdə və sevincdə bir olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR