Hulusi Akar: Zəngəzur dəhlizinin açılması hamının faydasına olacaq

Hulusi Akar: Zəngəzur dəhlizinin açılması hamının faydasına olacaq
# 02 fevral 2023 15:12 (UTC +04:00)

Azərbaycanla əməkdaşlığımız davam edəcək.

APA xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir Akar Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması hamını xeyrinədir və dəhlizin açılması bütün regiona sülh və sabitlik gətirəcək: “Sülhə nail olmaq, ölkələrin təhlükəsizliyi üçün biz bu layihəni tam şəkildə dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR