İranda keçirilən “Snayper həddi” müsabiqəsinin püşkatması olub - FOTO

İranda keçirilən “Snayper həddi” müsabiqəsinin püşkatması olub - FOTO
# 16 avqust 2022 13:24 (UTC +04:00)

"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin püşkatma mərasimi olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, iştirakçı ölkələrin nümayəndə heyətləri və rəhbərlərinin, hakimlər komissiyasının üzvlərinin iştirak etdiyi mərasimdə müsabiqənin birinci mərhələ və onun epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, komandalar mərhələ üzrə qruplara bölünüblər.
"Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR