İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda 115 meyit qalığı tapılıb

İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda 115 meyit qalığı tapılıb
# 13 mart 2023 14:11 (UTC +04:00)

“Ümumiyyətlə, Üçtərəfli Bəyanatın imzalanmasından ötən müddət ərzində aidiyyəti dövlət qurumlarının mütəxəssisləri tərəfindən ehtimal edilən 415 şəxsə aid meyit qalığının eyniləşdirilməsi üçün təxirəsalınmaz və zəruri işlər aparılır”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Qeyd etdiyim kimi, bu qalıqlardan 117-si qarşı tərəfdən (Ermənistan) verilib. 115-i 2021-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayınadək işğaldan azad edilmiş Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Edilli kəndi, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonu Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən müəyyən edilib. 183 meyit qalığı isə I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş şəxslərə aiddir”, - İsmayıl Axundov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR