İşğaldan azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək

İşğaldan azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək
# 16 noyabr 2022 18:01 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərin ümumilikdə 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir.

Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR