Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib

© APA | Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib

# 12 yanvar 2022 13:59 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

***

12.56

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərovla Tovuz rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin cənazəsi Tovuzun Bozalqanlı kəndində yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edir.

24 yaşlı şəhid əsgər kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR