Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
# 20 dekabr 2021 11:33 (UTC +04:00)

Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə olunan yeni maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti oraqnı tərəfindən müəyyən olunacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR