KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub

KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub
# 22 sentyabr 2022 22:28 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas və rəhbərlik etdiyi nümayəndə heyəti Ermənsitan-Azərbaycan sərhədində olub.

APA “Aysor.am” saytına istinadən xəbər verir ki, bu barədə KTMT-in mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Onlar Azərbaycanla sərhəddə yerləşən Vayots Dzor bölgəsinin sərhəd rayonuna səfər edib.

Missiyaya cari vəziyyəti qiymətləndirmək üçün KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı ətraflı məruzə hazırlamaq tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR