Kursantların praktiki məşğələləri başa çatıb - VİDEO

Kursantların praktiki məşğələləri başa çatıb - VİDEO
# 29 iyul 2022 15:30 (UTC +04:00)

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi, şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR