Macarıstanla minatəmizləmə üzrə əməkdaşlıq müzakirə edilib - FOTO

Macarıstanla minatəmizləmə üzrə əməkdaşlıq müzakirə edilib - FOTO
# 06 dekabr 2022 17:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüş keçirib.

ANAMA-dan APA-ya verilən məlumata görə, görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində gələcək birgə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Səfir işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və davamlı bərpa-quruculuq işlərinin aparılması məqsədilə icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatlarına təmsil etdiyi hökumətin töhfə vermək niyyətində olduğunu qeyd edib.

Vüqar Süleymanov öz növbəsində Macarıstan hökumətinin humanitar minatəmizləmə fəaliyyətinə bügünədək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR