Manilov: Cənubi Qafqazın nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması ticarət əlaqələri qurmağa imkan verəcək

Manilov: Cənubi Qafqazın nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması ticarət əlaqələri qurmağa imkan verəcək
# 08 iyun 2023 15:55 (UTC +04:00)

2024-cü il üçün Komandanlar Şurasının işinin planlaşdırılması ilə bağlı bir çox məsələlər nəzərdən keçirilib.

APA xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.

"Dövlət başçılarının tapşırığı ilə normativ sənədlərin hazırlanması ilə bağlı əməli tədbirlərə aydınlıq gətirilib. Biz iki əsas sənəd üzərində işləyirik. Birinci sənəd 2005-2030-cu illər üçün Birliyin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin gücləndirilməsi proqramıdır. Bu, Birlik ölkələrinin bütün sərhəd xidmətlərinin və qarşılıqlı fəaliyyət göstərən strukturların rəy və mövqeləri nəzərə alınmaqla nəzərdə tutulub. Çox mühüm əhəmiyyət kəsb edən ikinci sənəd Birliyə üzv dövlətlərin sərhədyanı sahədə informasiya siyasətinin əsasını təşkil edir ki, bu da praktiki problemlərin həlli üçün bu gün də hazırlanır. Ümid edirəm ki, bu sənədlər yaxın vaxtlarda işlənəcək və ümumi vəzifələrimizin həlli ilə bağlı qarşılıqlı fəaliyyət göstərən bütün tərəflərin təklifləri nəzərə alınacaq".

Aleksandr Manilov vurğulayıb ki, Cənubi Qafqazın nəqliyyat kommunikasiya dəhlizlərinin açılması regionun bütün dövlətlərinə ticarət əlaqələri qurmağa imkan verəcək.

O qeyd edib ki, kommunikasiyalar açılandan sonra ticarət əlaqələri qurulacaq, insanlar arasında ünsiyyət olacaq.

"Pulemyotun nişangahına baxmaqdansa, əlverişli ticarət etmək daha yaxşıdır", - Manilov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR