MDB Sərhəd Xidməti rəhbərlərinin görüşü keçirilib

MDB Sərhəd Xidməti rəhbərlərinin görüşü keçirilib
# 18 may 2022 11:48 (UTC +04:00)

MDB-yə üzv ölkələrin Sərhəd Xidməti rəhbərləri Qazaxıstanın Türküstan şəhərində Birliyin xarici sərhədlərinin mühafizəsində əməkdaşlığı müzakirə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sərhəd Qoşunları Komandanları Şurasının iclasında sərhəd təhlükəsizliyi sisteminin formalaşması və ortaq xüsusi əməliyyatların keçirilməsi barədə razılıq əldə olunub.

İclasda Azərbaycan, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusun nümayəndə heyətləri qatılıb.

Növbəti iclasın 2022-ci ilin ikinci yarısında Tacikistanda keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR