MN: Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib

MN: Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib
# 19 may 2022 18:39 (UTC +04:00)

Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR