MN: Azərbaycan Ordusu Qırmızı Bazar istiqamətində atəş açmayıb - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 10 yanvar 2022 15:13 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.

Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb: "Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR