MN: Azərbaycan Ordusu tərəfindən təxribat törədilməsi barədə yayılan məlumatlar yalandır

MN: Azərbaycan Ordusu tərəfindən  təxribat törədilməsi barədə yayılan məlumatlar yalandır
# 24 sentyabr 2022 11:08 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yayılan məlumatı qəti surətdə təkzib edirik.

Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR