MN: Azərbaycan Ordusunun Ermənistan istiqamətində atəş açması yalandır - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 05 iyul 2022 13:11 (UTC +04:00)

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil".

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır", deyə MN-in məlumatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR