MN: Azərbaycan tərəfindən açılan atəş nəticəsində Ermənistan hərbçisinin ölümcül yaralanması yalandır

MN: Azərbaycan tərəfindən açılan atəş nəticəsində Ermənistan hərbçisinin ölümcül yaralanması yalandır
# 22 mart 2023 20:09 (UTC +04:00)

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR