MN: Bir neçə hərbçinin minaya düşərək xəsarət almasına dair məlumatlar əsassızdır

MN: Bir neçə hərbçinin minaya düşərək xəsarət almasına dair məlumatlar əsassızdır
# 26 iyul 2022 20:29 (UTC +04:00)

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən APA-ya məlumat verilib.

Bildirilib ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib.

Nazirlik bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR