MN: Bu günə qədər 92 min medal və orden təhvil verilib

MN: Bu günə qədər 92 min medal və orden təhvil verilib
# 29 dekabr 2021 16:44 (UTC +04:00)

Azərbaycan Ordusunun Vətən müharibəsində, həmçinin 2021-ci ilin noyabrın 16-da Kəlbəcər və Laçın istiqamətində erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edərək fərqlənən hərbi qulluqçulara 154 mindən artıq orden və medallar verilib.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.

O qeyd edib ki, bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib.

“Digər orden və medalların yoxlanması və bölüşdürülməsi prosesi davam etdirilir”, - MN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR