MN: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

MN: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır
# 28 sentyabr 2022 21:09 (UTC +04:00)

"Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır".

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb",- deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR