MN gizir hazırlığı kursuna qəbul elan edib

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 01 iyun 2023 17:24 (UTC +04:00)

Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili (subbakalavr) pilləsinə ("Gizir hazırlığı kursu"na) qəbulunu elan edir.

MN-dən APA-ya verilən məlumata görə, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər 1 iyun 2023-cü il tarixindən 10 iyul 2023-cü il tarixinədək sənədlərlə birlikdə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR