MN: Hərbçilərin qar uçqununa düşməsi barədə xəbərlər yalandır

MN: Hərbçilərin qar uçqununa düşməsi barədə xəbərlər yalandır
# 05 yanvar 2022 20:35 (UTC +04:00)

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir:

“KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR