MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir
# 22 may 2022 21:52 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR