MN: Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 05 sentyabr 2022 14:54 (UTC +04:00)

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", MN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR