MN: Kəlbəcərdə Ordumuzun mövqeləri atəşə tutulub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 10 may 2022 09:15 (UTC +04:00)

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR