MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 24 iyun 2022 13:54 (UTC +04:00)

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR