MN: Mövqelərimiz Kəlbəcər istiqamətində atəşə tutulub

MN: Mövqelərimiz Kəlbəcər istiqamətində atəşə tutulub
# 13 iyul 2022 22:37 (UTC +04:00)

İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR