MN mühəndis hərbi hissələrinə MAXE qəbulu elan edir - VİDEO

MN mühəndis hərbi hissələrinə MAXE qəbulu elan edir - VİDEO
# 12 yanvar 2023 18:13 (UTC +04:00)

Mühəndis hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il yanvarın 16-dan fevralın 4-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun mühəndis hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.

16 yanvar 2023-cü il tarixdən 4 fevral 2023-cü il tarixədək hər gün (bazar günləri istisna olmaqla) müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR